Həmas: İsrail qarşısındakı müqavimətimizi İrana borcluyuq

"Mən bütün dünyanın o günə şahid olacağına inanıram ki, o gün gələndə İranın müqaviməti necə təşkil etdiyini ətraflı detalları açıqlayacağıq. Bu gün bəzi təhlükəsizlik məsələləri bütün bu detalları açıqlamağımıza mane olur. Amma onu deyə bilərəm ki, müqavimətin əldə etdiyi bütün qələbələrdə iranlı qardaşlarımız rol oynamışdır". 
 
Maide.az xəbər verir ki, belə bir açıqlama ilə Həmasın beynəlxalq əlaqələr komitəsinin rəhbəri Üsame Hamdan çıxış edib. O, açıqlamasında İran İslam Respublikasının Fələstin müqavimətinə verdiyi dəstəyin uzun bir keçmişi olduğunu bildirib.

Google+ WhatsApp ok.ru