Həzrət Fatimənin (s.ə) şəhadəti münasibətilə əzadarlıq -FOTO

Ali Rəhbər Ayətullah Xameneinin iştirakı ilə Həzrət Fatimənin (s.ə) şəhadəti münasibətilə İmam Xomeyni (r.ə) adına Hüseyniyyədə əzadarlıq  keçirilib. 
 
Maide.az xəbər verir ki, İslam Peyğəmbərinin (s) əziz qızı paklıq və ismət rəmzi Həzrət Siddiqətul-Kubra Fatimeye Zəhranın (s.ə) şəhadət günlərinin gəlib çatması münasibətilə başlayan əzadarlıq məclislərinin ilk gecəsi Ali Rəhbər Ayətullah Seyyid Əli Xameneinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına  Hüseyniyyədə keçirilib. 
 
Hökümətin yüksək vəzifəli rəsmilərinin və minlərlə Əhli-Beyt (ə) aşiqinin  iştirakı ilə keçirilən mərasimdə Həzrət Zəhranın (s.ə) şəxsiyyəti və yaşayışı haqında moizələr oxunub və mərsiyyələr deyilib. 
 
Mərasim mart ayının 14-dək   (5 gecə) davam edəcək. /
 
 
 
 
7
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru