Həzrət Əbəlfəzl Abbas (ə) Ağanın qəbrinin yeni zərihi İmam Əlinin (ə) mövlud günündə ziyarətə açıılacaq-FOTO

Bu gün həzrət Əbəlfəzl Abbas (ə) Ağanın qəbrinin yeni hazılranmış zərihi Ağanın mütəhhər hərəminə təhvil verilməsi mərasimi kemirlirb. Az öncə başa çatan mərasimdə müqəddəs hərəmin daha bir yeniliyi nümayiş olunub.
 
Maide.az xəbər verir ki, mərasimdə Ayətullah Sistanın numayənidisı Seyyıd Ahmet Safi qısa çıxış edib. 
 
O, İŞİD-lə mübarizədə əldə edilən ugurlardan da danişaraq müqəddəs hərəmləri qoruyan mücahidlərə tşəkkür edib. Bu mübarizədə verdikləri əvəzsiz dəstəyə görə Ülamaya da təşəkkür edən A.Safi Həzrət Abbas Ağanın yeni hazırlanan zərihi və hərəmin Qiblə Qapısınnın hazırlanmasında zəhməti olan şəxsləri xatırlayib.
 
Seyyıd Ahmet Safının qısa çıxışından sonra Həzrət Əbəlfəzl Abbas Ağanın mütəhhər hərəminin yeni tikilmiş əzəmətli qapısının açılış mərasimi olub. Müqəddəs hərəminin Qiblə Qapısi adlanan qapı rəmzi olaraq Ağanın (ə) qolları şəklində inşa edilib.  
 
“Qiblə Qapısı”nın açılışından sonra müqəddəs hərəmin rəhbəri açılış mərasiminə qatılan zəvvarlara, iştırakçılara, mediaya, alimlərə, zərihin hazırlanmasında zəhməti keçən hər kəsə, bu tarixi hadisəni yayımlayan bütün kanallara təşəkkürünü ifadə etdi. 
Yeni zərihin Rəcəb ayının 13-də Həzrət Əlinin (ə) mübarək mövlud günündə ziyarətə açılacağı açıqlanıb. Bununla da bu mərasimin Əmirəlmönin Əliyə (ə) hədiyyə edildiyi ifadə edilib.
 
İzdihamlı mərasimin ardından mübarək zərih hərəmə təhvil verildi. 
Qeyd edək ki, həzrət Abbas (ə) qəbrinin zərihi beş il müddətinə  hazırlanıb. Zərihin hazırlanmasında  411 kq qızıl və 2750 kq gümüş istifadə olunub. /
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru