Həmsədr: Azərbaycan və Ermənistan prezidentlərinin Vaşinqtonda görüşü keçirilməyəcək 29 Mart 2016 01:00 Qarabağ xəbərləri “Azərbaycan və Ermənistan prezidentlərinin bu dəfə Vaşinqtonda bir araya gətirilməsi nəzərdə tutulmur”. Bunu APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtonda keçiriləcək Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilə biləcəyi ilə bağlı suala cavabında deyib. Onun sözlərinə görə, bununla yanaşı, həmsədrlər bu il prezidentlər arasında intensiv dialoqun aparılmasına təkan verməyə hazırdırlar: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində irəliləyişləri müzakirə etmək üçün digər həmsədrlərin adından tərəflərlə görüşlər keçirməyi planlaşdırıram”. Qeyd edək ki, martın 31-də Vaşinqtonda başlayacaq Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşünün gözlənildiyi barədə məlumatlar yayılıb. Teqlər : #Həmsədr: Azərbaycan və Ermənistan prezidentlərinin Vaşinqtonda görüşü keçirilməyəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Erməni silahlı bölmələri atəşkəs rejimini 116 dəfə pozub Erməni silahlı bölmələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəsi 126 dəfə pozub
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni