Həzrət Əbəlfəzl (ə) hərəminin yeni zərihinin içərisinə üzərinə Quran ayələri yazılmış lövhələr quraşdırlıb-FOTO

Həzrət  Əbəlfəzl Abbas (ə)qəbrinin zərihinin içərisinə üzərinə Quran  ayələri  yazılmış lövhələr  quraşdırlıb.
 
Maide.az  xəbər verir ki, Kərbəlada Həzrət Əbəlfəzlin (ə) yeni zərihinin quraşdırılması işləri davam edir.
 
Kərbəla şəhidi Həzrət Əbəlfəzlin (ə) yeni zərihinin artıq əsas hissələri - qızıl məhəccərlərinin yerləşdirilməsi və  zərihin içərisində Quran ayələri  yazılmış lövhələr quraşdırılır.  Həmin lövhələrin  üzərinə Quran ayələrini  İraqın  tanınmış xəttatı Fəras  əl-Bağdadi gözəl  xətt nümunələri  ilə  yazıb. Bir neçə dülgər isə həmin xətt  nümunələrini  taxta üzərində işləyiblər. Ayələrin yazılmasında yeni texnologiyadan istifadə olunub.Zərihin içərisinə quraşdırılmış lövhələrdə  heçbir süni rəngdən  istifadə  olunmayıb. 
 
Rəsmilərin verdiyi məlumata görə, yeni zərihin yerləşdirilməsi Rəcəb ayının 13-ü - Həzrət Əlinin (ə) mübarək mövlud gününə qədər yekunlaşdırılacaq. /
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru