Həccdə ölən azərbaycanlılara görə kompensasiya ödəniləcək

Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlardan ziyarətdə dünyasını dəyişənlərin ailələrinə və ya ağır xəsarət alanlara kompensasiya ödənəcək.
 
Maide.az bildirir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, kompensasiyalar zəvvarların seçdikləri ziyarət xidməti növlərinə görə 5 və 6 min manata qədərdir.
 
Zəvvarlardan VİP ziyarət növünü seçənlər üçün 6 min, nisbətən ucuz ziyarət növünü seçənlər üçün isə 5 min manat nəzərdə tutulub. Bundan başqa, ağır xəsarət alanlara müvafiq olaraq müalicənin xərcinə görə kompensasiya veriləcək. Bu, sənədlərin qəbulu zamanı zəvvarla bağlanan müqavilədə əksini tapır.
 
Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az - 1500 nəfər müəyyənləşib. 

Google+ WhatsApp ok.ru