Həcc fırıldaqçılığına görə Pakistanlı naziri 16 illik həbs gözləyir

Həcc zəvvarlarını aldatdığı üçün Pakistanın keçmiş Diyanət İşləri Naziri Həmid Səid Kazimini 16 illik həbs gözləyir.
 
Maide.Az xəbər verir ki, istintaq keçmiş naziri insanları Həccə göndərərəkən dələduzluq etdiyini sübut edib.
 
Eks nazir zəvvərlardan yüksək məbləğdə pul alsa da, onlar üçün normalara uyğun olmayan məkanlar tuturmuş. Bundan əlavə, o, tutulmuş mənzillərin sahiblərindən əlavə "rüşvət" alıb. 
 
Qeyd edək ki, Naziri Həmid Səid Kazimiyə kimi bu postu tutmuş iki nazir də bu cür neqativ işlərə görə, 16-ildən 40  ilə kimi həbs cəzası alıb. /

Google+ WhatsApp ok.ru