Həccə getmək istəyənlər üçün sənəd qəbulunun son tarixi açıqlanıb

Azərbaycandan Həcc ziyarətinə getmək istəyən zəvvarlar üçün sənəd qəbulunun son tarixi və boş qalan yerlərin sayı açıqlanıb.
 
Maide.Az bildirir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, ümumilikdə 200 boş zəvvar yeri qalıb və son sənəd qəbulu iyunun 30-a qədərdir. Qalan yerlərdən 100-ü VİP, 100-ü isə nisbətən zəif şəraitli ziyarət üçündür.
 
Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Ziyarət Azərbaycandan sentyabrın 2-də başlayacaq. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az – 1500 nəfər müəyyənləşsə də, sonrada bu rəqəm daha da azaldılaraq 1040-a endirilib. 

 

Google+ WhatsApp ok.ru