Həbsdə olan ilahiyyatçının cinayət işi məhkəməyə göndərilib

Həbsdə olan ilahiyyatçının cinayət işi məhkəməyə göndərilib

Həbsdə olan ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlu barəsində olan cinayət işi üzrə materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
Maide.Az xəbər verir ki, vəkil Əfqan Məmmədovun APA-ya verdiyi məlumata görə, yaxın günlərdə cinayət işi üzrə məhkəmə prosesi başlayacaq: “Biz cinayət işinin materialları ilə tanış olmuşuq. Cinayət işində heç bir şahid, sübut yoxdur. Hesab edirik ki, bu iş xitam olunmalı idi”.
 
Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir.

Google+ WhatsApp ok.ru