Həcc ziyarətinə gedənlərə elektron qolbaq veriləcək

Həcc ziyarətinə gedənlərə elektron qolbaq veriləcək

Səudiyyə Ərəbistanı Həcc mərasimini yerinə yetirmək üçün bu il Məkkə şəhərinə gələnləri elektron qolbaqla təchiz edəcək.
 
Maide.Az xəbər verir ki, elektron qolbaq ehtiyac yarandıqda zəvvarların tanınması üçün sahibinin şəxsi və tibbi informasiyasını daşıyacaq. Qolbaqlar, həmçinin namaz vaxtları barədə məlumat verəcək və ərəb dilini bilməyən zəvvarlara oriyentir tapmaqda kömək edəcək.
 
Bununla yanaşı, zəvvarların toplandığı yerlərə 1000-dən çox kamera quraşdırılıb.(Interfax)
 

Google+ WhatsApp ok.ru