Həbsdəki general intihar edən MTN polkovnikinin qardaşı ilə üzləşdirildi

Həbsdəki general intihar edən MTN polkovnikinin qardaşı ilə üzləşdirildi

3 noyabr, 2014-cü il tarixdə yaşadığı evin həyətində intihar edən 55 yaşlı MTN polkovniki Malik Mustafayevin qardaşı, bu günlərdə həbsdən çıxan Mətləb Mustafayev hazırda həbsdə olan MTN-nin Anti-terror Mərkəzinin rəisi general Elçin Quliyevlə üzləşdirilib.
 
Maide.Az məlumat verir ki, Bakı İstintaq Təcridxanasında keçirilən üzləşmə prosesində Mətləb Mustafayev bir daha Elçin Quliyevi gözlərinin içinə baxaraq, onu ifşa edib. O, qardaşının intiharına görə, generalı ittiham edib. Üzləşmə prosesi 2 saata yaxın çəkib.
 
Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sabiq işçisi olan Mətləb Mustafayev MTN dağılandan sonra sensasion açıqlamalar verərək, qardaşının intiharının arxasında Anti-Terror Mərkəzinin rəhbərliyini günahlandırmışdı.(Gununsesi.info)
 

Google+ WhatsApp ok.ru