Həcc ziyarətinə velosipedlə getdi

Həcc ziyarətinə velosipedlə getdi

Bir çinli müsəlman dindarları heyrətə gətirib.

O, həcc ziyarətini yerinə yetirmək üçün vətənindən Səudiyyə Ərəbistanına qədər çox uzun bir yolu velosipedlə qət edib.

Çinin Sintsyan əyalətindən olan Məhəmməd Səudiyyə Ərəbistanının Taif şəhərinə qədər velosipedlə 8150 kilometrlik yol gəlib.

Taifdə onu yerli velosiped klubunun nümayəndələri qarşılayıb və həmin müsəlmanı Məkkəyə qədər müşayiət ediblər.

Tezliklə Məhəmməd arzusuna yetişərək həcc ziyarətini yerinə yetirəcək. (azərtac) /

Google+ WhatsApp ok.ru