Həmas, Qüds intifadası ildönümündə fələstinliləri `Qəzəb Cüməsi`nə dəvət etdi

Həmas, Qüds intifadası ildönümündə fələstinliləri `Qəzəb Cüməsi`nə dəvət etdi

 
Fələstin İslam Müqavimət Hərəkatı HƏMAS, Fələstin xalqını və fələstinli qrupları 30 sentyabr cümə günü Qüds İntifadəsinin birinci ildönümü və "Qəzəb Cüməsi" tədbirlərində iştirak etməyə dəvət edib.
 
Maide.Az xəbər verir ki, Həmas Hərəkatı dünən məsələ ilə bağlı yaydığı bəyanatda bildirib ki, cümə günü Qərb bölgəsinin kəndlərində və şəhərlərində işğalçı sionist rejimin əsgərləri ilə təmas nöqtələrində mübarizəyə çağırıb.
 
İntifadə atəşini yenidən alovlandırmağın şəhidlərə sədaqət olduğunu qeyd edən Həmas, bu şəkildə işğalçılara Fələstin xalqının seçiminin müqavimət və intifadə olduğunun göstəriləcəyini bildirib.
 
Hələ də davam edən Qüds İntifadəsinin birinci ildönümü qeyd olunarkən Fələstin xalqının əlindəki imkanlarla işğalçıya qarşı müqavimət göstərdiyini qeyd edən Həmas, müqəddəs yerləri müdafiə etmək üçün verilən qanların heç vaxt hədər getməyəcəyini bildirib.

Google+ WhatsApp ok.ru