Həzrəti Məhəmməd (s) filmi Türkiyədə nümayiş olunacaq

Həzrəti Məhəmməd (s) filmi Türkiyədə nümayiş olunacaq

Həzrəti Məhəmmədin uşaqlıq dövründən bəhs edən "Həzrəti Məhəmməd: Allahın elçisi" filmi, oktyabrın 28-dən etibarən Türkiyədə nümayiş olunacaq. 
 
Maide.Az İran KİV-lərinə istinadən məlumat verir ki, film Türkiyənin müxtəlif şəhərlərində kinozallarda nümayiş olunacaq.
 
Qeyd edək ki, Məcid Məcidinin rejissorluğu ilə çəkilən filmin baş operatoru "Oskar" mükafatına layiq görülmüş italiyalı Vittorio Storaro, bəstəkarı daha bir "Oskar" laureatı hindistanlı Allah-Raxa Rəhmandır.
 
Bir çox kinematoqraflar bu filmin təkcə İslam dünyasında deyil, xristian dünyasında da böyük əks-səda doğuracağını söyləyirlər.
 

Google+ WhatsApp ok.ru