Həyat yoldaşı ilə söhbət etməyin kiçik sirləri – ARAŞDIRMA

Həyat yoldaşı ilə söhbət etməyin kiçik sirləri – ARAŞDIRMA

Bir tədqiqat göstərmişdir ki, o evlilikdə ki, qadınla kişinin razılığı olmamışdır – ailədə stressə səbəb olar və tərəflərin sağlamlığını təhlükəyə salar. Bu tədqiqat demir ki, gözəl evlilik sizi mütləq sağlam edəcəkdir, pis evlilik xəstə olmağınıza səbəb olacaqdır.
 
Ancaq şübhə yoxdur ki, hər bir insan yaxşı həyat arzusunda olar. Yaxşı ailə həyatına malik olmaq istəyən hər bir insan isə həyat yoldaşı ilə söhbət etməyi bacarmalıdır.
 
Əgər cütlərin arasında rabitə qurulmazsa, şübhəsiz ki, qarşılıqlı narazılıqlara səbəb olacaqdır. Davadan uzaq olmağın ən yaxşı yolu – həyat yoldaşı ilə ünsiyyət qurmağı bacarmaqdır.
 
Bununla bağlı bəzi tövsiyələrimiz vardır ki, əgər əməl etsəniz, faydalı olacaqdır:
 
- Anlaşmanın zəminələrini axtarıb tapın. Baxın görün, sizin hansı sözünüz həyat yoldaşınız tərəfindən daha tez qəbul edilir. Onunla müxalifətlik etməyə qalxmayın. Adətən, o, sizdən gileylənən zaman, bu cümlədən istifadə edin: “Bəli, qəbul edirəm ki, son zamanlar başım çox qarışıqdır”.
 
- Həyat yoldaşınızla həmrəy olmağa çalışın, helm işlədin və nəzakət göstərin.
 
- Həyat yoldaşınızın mənfi söhbətlərini eşitməməzliyə vurun. Ola bilsin ki, həyat yoldaşınız əsəbi olduğu üçün bəzi şeylərdə mübaliğə etsin. Əsəbiləşməyinin səbəbini tapmağa çalışın.
 
- Həyat yoldaşınızın sizdən nə istədiyini başa düşdüyünüzdən əmin olun. Əgər başa düşməmisinizsə, ona sual verin.
 
- “Təəssüflənirəm” sözünü işlətməkdən qorxmayın. Ailə münasibətlərində üzr istəməyi bacarmaq bir hünərdir.
 
- Özünüzü onun yerinə qoymağa çalışın. Yaxşı qulaq asın və hissləri ilə bağlı fikirlərinizi dilə gətirin.
 
- Həyat yoldaşınızdan istəyin ki, sizə qarşı olan mənfi hissləri haqqında məlumat versin. Bu yolla onun narahatlıqlarını aradan aparmış olarsınız.
 
- Həyat yoldaşınıza başa salmağa çalışın ki, onun əlindən əsəbi olsanız da, müxalif olsanız da ona həmişə hörmət edəcəksiniz. O, sizin üçün mühüm bir şəxsiyyətdir.
 
- Ona rəğbətlə qulaq asın və sözünü kəsməyin. Suallarınızı mahircəsinə şərh etməyə çalışın.(deyerler.org)
 

Google+ WhatsApp ok.ru