Hər gün 1 stəkan qatıq için 30 Noyabr 2016 02:00 Sağlamlıq Hamı bilir ki, təbii süd məhsullarının tərkibində olan probiotiklər həzm prosesləri yaxşılaşdırır, mədə-bağırsaq sisteminin sağlamlığını qoruyur. Lakin bununla probiotiklərin orqanizmə olan müsbət təsiri bitmir. Araşdırmalar göstərib ki, probiotiklər immun sistemini möhkəmləndirir, 2-ci tip diabetin riskini azaldır, hətta autizmdən əziyyət çəkən insanların vəziyyətinə müsbət təsir edir. The Daily Mail xəbər verir ki, Missuri Universiteti (ABŞ) alimləri heyvanlar üzərində aparılan eksperimentlər zamanı probiotiklərin yeni faydalı xüsusiyyətini aşkar ediblər. Məlum olub ki, probiotiklər stress hormonlarının ifrazını azaldır və bununla da streslə mübarizə etməyə kömək edir. Probiotiklər təzə süd məhsullarında çoxdur. Bu xüsusilə "diri" yoqurtlar, təzə qatıq, kefir kimi məhsullara aiddir. Nəzərə almaq lazımdır ki, probiotiklər diri orqanizmlərdir, onlar çox tez məhv olur. Bu səbəbdən süd məhsulunun saxlanma müddəti çoxdursa, belə məhsulun tərkibində probiotiklər ya heç olmur, ya da çox azdır. Beləliklə, özünüzü stresin mənfi təsirindən qorumaq istəyirsinizsə, hər gün 1 stəkan təzə qatıq və ya kefir, diri yoqurt qəbul edin. (saglamolun.az) Teqlər : #Hər gün 1 stəkan qatıq için, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Baş pediatrdan valideynlərə soyuq havalarla bağlı XƏBƏRDARLIQ 2016-cı ilin 11 ayı ərzində Azərbaycanda 464 nəfər İİV-ə yeni yoluxub
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir