Hələbdən çıxmayanlar məhv ediləcək - Sergey Lavrov

Hələbdən çıxmayanlar məhv ediləcək - Sergey Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Filippinli həmkarı Perfekto Yasay ilə görüş keçirib.
 
Görüşdə həmkarı Perfekto Yasaya Hələb barədə Rusiya və ABŞ-ın əldə etdiyi razılaşmanı açıqlayan Sergey Lavrov mövzu ilə bağlı təfərrüatları diqqətə çatdırıb.
 
"Bütün silahlı qruplaşmalar Hələbdən çıxmalıdır. Razılaşmada bu açıq şəkildə göstərilib. Çıxmayanlar məhv ediləcək", deyə Lavrov bildirib.
 
Sergey Lavrov terrorçulara qarşı qətiyyətli olacaqlarını da vurğulayıb.(eastnews) /

Google+ WhatsApp ok.ru