Hələbin 98 faizi işğaldan azad olunub

Hələbin 98 faizi işğaldan azad olunub

Suriya KİV-ləri elan edib ki, bu ölkənin ordusu  təkfirçi terrorçularla mübarizədə  Hələb şəhərinin 98 faizini işğaldan azad edib. 
 
Maide.Az xəbər verir ki, ötən iki gün ərzində  Hələbin Şeyx  Səid məhəlləsinin terrorçulardan təmizləməsindən sonra  Salehin və Babul-Məqam bölgələridə terrorçuların əlindən azad edilib. 
 
Hökumət qüvvələri  hazırda Firdovsul-Culum və digər məhəllələri işğalçılardan təmizləmək istiqamətində əməliyyat aparır. 
 
Suriya KİV-ləri yazıb ki,  terrorçuların əlində yalnız 5 kilometrlik bir ərazi var ki, həmin ərazidə hökumət qüvvələrinin mühasirəsindədir. Hələbin şərqində mövcud olan 45 məhəllədən 40 məhəllə artıq tamamilə terrorçuların işğalından azad olunub. 
 
Bazar ertəsi günü 3500 dinc sakin  Hələbdə terrorçuların nəzarəti altında olan ərazilərdən çıxarılıb. 
 
Rusiyanın Müdafiə Nazirliyi də bu gün elan edib ki,  Suriya hökumət qüvvələri  hazırda  Hələbin 95 faiz ərazisinə nəzarəti tam  ələ alıb.  Hələbdə əməliyyatların başlandığı gündən indiyədək 2200-dən çox terrorçu hökumət qüvvələrinə təslim olub. (presstv)
 
 

Google+ WhatsApp ok.ru