Hələbin şərqində fəaliyyət göstərən xarici kəşfiyyat zabitlərinin adları

Hələbin şərqində fəaliyyət göstərən xarici kəşfiyyat zabitlərinin adları

Suriyanın BMT-dəki səfiri Hələbin şərqində terrorçular arasında fəaliyyət göstərən xarici kəşfiyyat zabitlərinin adlarını açıqlayıb.
 
Maide.Az xəbər verir ki, Bəşşar Cəfəri BMT Təhlükəsizlik Şurası qətnmasənin qəbul olunmasından sonra Nyu-Yorkda keçirilən mətbuat konfransında deyib ki, sizin qarşınızda Hələbin şərqində fəaliyyət göstərən xarici kəşfiyyat zabitlərinin adlarını elan edirəm. “Moəttəz Oğlan oğlu-Türkiyədən, David Skott-Amerikadan, David Şlomo Aram-sionist rejimin nümayəndəsi, Muhəmməd Şeyx Əl-İslam Əltəmimi-Qətərdən, Muhəmməd Əhməd Əlsəbian-Ərəbistandan, Əbdulmənəm Fəhd Əlhəric-Ərəbistandan, Əhməd bin Nofəl Əldəric-Ərəbistandan, Muhəmməd Həsən Əlsəbii-Ərəbistandan, Qasim Səəd Əlşimri-Ərəbistandan, İmən Qasim Əlsəaləbi-Ərəbistandan, Əmcəd Qasim Əltiravi-İordaniyadan, Muhəmməd Şafii Əl-İdrisi-Mərakeşdən”.
 
Cəfəri əlavə edib ki, bu şəxslər xarci ölkə vətəndaşlarıdırlar və terrorçularla yanaşı Hələbin şərqindən qaçmağa çalışırlar. “Bu səbəbdən, ötən üç gündə BMT Təhlükəsizlik Şurasında dəlicəsinə hərəkətlərin şahidi olubsunuz. Əsas hədəf, qətnamə layihəsini Təhlükəsizlik Şurasına təqdim etmiş ölkələrin kəşfiyyat zabitlərini və xarici terrorçuları xilas etmək üçün səy göstərməkdir.”(əlcəzirə mübaşir)
 

Google+ WhatsApp ok.ru