Həndbol üzrə dünya çempionu bəlli olub

Həndbol üzrə dünya çempionu bəlli olub

Komanda finalda Norveçi məğlub edib
 
Fransa yığması kişilər arasında keçirilən həndbol üzrə dünya çempionatının qalibi olub.
 
"Report" xəbər verir ki, fransalılar doğma meydanda keçirilən turnirin finalında Norveç yığması üzərində 33:26 hesabı ilə qələbə qazanıblar.
 
Fransa həndbolçuları bu titula ardarda 2-ci, ümumilikdə isə 6-cı dəfə (1995, 2001, 2009, 2011, 2015, 2017-ci illər) yiyələniblər. Eyni zamanda 2001-ci ildə də turnir Fransada keçirilib.
 
Çempionatın bürünc mükafatçısı üçüncü yer uğrunda görüşdə Xorvatiyanı 31:30 hesabı ilə məğlub edən Sloveniya olub.
 
Növbəti dünya çempionatı 2019-cu ildə Danimarka və Almaniyada keçiriləcək. /

Image result for handball world cup 2017 men

Google+ WhatsApp ok.ru