Həkim:  Şeyx Zəkzakinin digər gözü də görmə qabiliyyətini itirir

Həkim: Şeyx Zəkzakinin digər gözü də görmə qabiliyyətini itirir

Davamlı müraciətlərin ardınca sonda hökumət Nigeriya şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzakini həkim müayinəsindən keçməsinə icazə verdi. 
 
Maide.Az xəbər verir ki, Şeyx Zəkzakini müayinə edən həkim bildirib ki, vaxtında müalicə aparılmadığı üçün Şeyx Zəkzakinin digər gözü də görmə qabiliyyətini itirmək üzrədir və tamailə kor ola bilər. 
 
Qeyd edək ki, Şeyx Zəkzakinin sol gözü Nigeriya ordusunun hücumu zamanı aldığı yaraya görə kor olub. 
 
Xatırladaq ki, Nigeriya Federal Ali Məhkəməsi Şeyx Zəkzaki və onun həyat yoldaşının sərbəst buraxılmasına dair 2016-cı il dekabr ayının 2-də qərar çıxarıb. Lakin Nigeriya hökuməti qanunları tapdalayaraq onu sərbəst buraxmaqdan boyun qaçırır. (iqna)
 

Google+ WhatsApp ok.ru