HƏDİSLƏR AYNASINDA RƏCƏB AYININ FƏZİLƏTİ – 16

HƏDİSLƏR AYNASINDA RƏCƏB AYININ FƏZİLƏTİ – 16

Rəcəb ayında gecə ibadətlərinin fəziləti:

جَابِرٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ رَسُولُ اللَّهِ مَنْ صَامَ يَوْماً مِنْ رَجَبٍ وَ قَامَ لَيْلَةً مِنْ لَيَالِيهِ- بَعَثَهُ اللَّهُ آمِناً يَوْمَ الْقِيَامَةِ- وَ مَرَّ عَلَى الصِّرَاطِ وَ هُوَ يُهَلِّلُ وَ يُكَبِّرُ. وَ مَنْ صَامَ أَكْثَرَ مِنْ ذَلِكَ وَ قَامَ- أَمَرَ اللَّهُ تَبَارَكَ وَ تَعَالَى الْمُنَادِيَ يَوْمَ الْقِيَامَةِ- فَيُنَادِي: أَلَا إِنَّ فُلَانَ بْنَ فُلَانٍ سَعِدَ سَعَادَةً لَا يَشْقَى بَعْدَهَا. وَ مَنْ صَامَ أَكْثَرَ الشَّهْرِ- أَعْطَاهُ اللَّهُ تَبَارَكَ وَ تَعَالَى فِي الْجِنَانِ مُدُناً وَ قُصُوراً- لَا يَقْدِرُ وَصْفَهُ الْوَاصِفُونَ

Cabir bin Əbdullah Ənsari Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu nəql edir: “Hər kəs Rəcəb ayında bir gün oruc tutsa və gecələrindən birində oyaq qalıb ibadətlə məşğul olsa, Allah-Taala onu qiyamət günü amanda saxlayar və “Sirat” körpüsünü “Təkbir” (Allahu-əkbər) və “Təhlil” (La ilahə illəllah) deyərək keçər. Hər kəs bir gündən çox oruc tutsa və gecələri oyaq qalıb ibadətlə keçirsə, qiyamət günü Allah-Taala carçıya əmr edər ki, belə car çəksin: “Fılankəsin oğlu fılankəs elə xoşbəxtdir ki, heç vaxt bədbəxt olmayacaq.” Hər kəs Rəcəb ayının çoxunu oruc tutarsa, Allah-Taala ona cənnətdə vəsfəgəlməz şəhər və qəsrlər ət edəcəkdir.”

(“Fəzailu əşhuris-səlasə” (Üç ayın fəzilətləri), Şeyx Səduq, mütərcim: Mirməhəmməd Bəşir)

 

 

Google+ WhatsApp ok.ru