HƏDİSLƏR AYNASINDA ŞƏBAN AYININ FƏZİLƏTİ – 1

HƏDİSLƏR AYNASINDA ŞƏBAN AYININ FƏZİLƏTİ – 1

-- Şəban ayının orucu dünya işlərini və məişət çətinliklərini asanlaşdırır

Şəban ayının orucu dünya işlərini və məişət çətinliklərini asanlaşdırır:

 أَخْبَرَنَا الشَّيْخُ الْفَقِيهُ أَبُو جَعْفَرٍ مُحَمَّدُ بْنُ عَلِيِّ بْنِ الْحُسَيْنِ بْنِ بَابَوَيْهِ رِضَى اللَّهِ عَنْهُ قَالَ حَدَّثَنَا أَبِي رَحِمَهُ اللَّهُ عَنْ أَحْمَدَ بْنِ إِدْرِيسَ قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ عِيسَى بْنِ عُبَيْدٍ عَنْ يُونُسَ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ عَبْدِ اللَّهِ بْنِ فَضْلٍ الْهَاشِمِيِّ عَنِ الصَّادِقِ جَعْفَرِ بْنِ مُحَمَّدٍ ع قَالَ: صِيَامُ شَهْرِ رَمَضَانَ ذُخْرٌ لِلْعَبْدِ يَوْمَ الْقِيَامَةِ وَ مَا مِنْ عَبْدٍ يُكْثِرُ الصِّيَامَ فِي شَعْبَانَ إِلَّا أَصْلَحَ اللَّهُ أَمْرَ مَعِيشَتِهِ وَ كَفَاهُ شَرَّ عَدُوِّهِ وَ إِنَّ أَدْنَى مَا يَكُونُ لِمَنْ يَصُومُ يَوْماً مِنْ شَعْبَانَ أَنْ تَجِبَ لَهُ الْجَنَّةُ.
 

 Peyğəmbərdən (s) sonra altıncı İlahi xəlifə və İlahi rəhbər Həzrət İmam Cəfər Sadiq (ə) buyurur: "Ramazan ayının orucu Allah bəndələrinin Qiyamət günü üçün zəxirəsidir. Hər kəs Şəban ayında çox oruc tutuarsa, Allah- Taala onun məişət və güzəranını islah edər, yaxşılaşdırar və onu düşmənlərinin şərrindən qoruyar. Və həqiqətən də Şəban ayında bir gün oruc tutan şəxsin ən az qazancı cənnətin ona vacib olması olar". 

 
(Şeyx Səduq, “Fəzailu əşhuris-səlasə” (Üç ayın fəzilətləri), Şəban ayının fəzilətləri, hədis:1 / mütərcim: Mirməhəmməd Bəşir).

 

 
 

Google+ WhatsApp ok.ru