HƏDİSLƏR AYNASINDA ŞƏBAN AYININ FƏZİLƏTİ-4

HƏDİSLƏR AYNASINDA ŞƏBAN AYININ FƏZİLƏTİ-4

-- möminlərin istəkləri bu ayda verilər və ruziləri bu ayda çoxalar

Şəban ayı Peyğəmbərin (s) ayıdır, möminlərin istəkləri bu ayda verilər və ruziləri bu ayda çoxalar. Bu ay ərşin mələkləri yanında böyük və əzəmətlidir:

حَدَّثَنَا مُحَمَّدُ بْنُ إِبْرَاهِيمَ بْنِ أَحْمَدَ الْمُعَادِيُّ قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْحُسَيْنِ قَالَ حَدَّثَنَا أَبُو الْحَسَنِ عَلِيُّ بْنُ مُحَمَّدِ بْنِ عَلِيٍّ قَالَ حَدَّثَنَا الْحَسَنُ بْنُ مُحَمَّدٍ الْمَرْوِيُّ عَنْ أَبِيهِ عَنْ يَحْيَى بْنِ عَبَّاسٍ قَالَ حَدَّثَنَا عَلِيُّ بْنُ عَاصِمٍ الْوَاسِطِيُّ قَالَ أَخْبَرَنِي عَطَا بْنُ السَّائِبِ عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ: قَالَ رَسُولُ اللَّهِ ص وَ قَدْ تَذَاكَرُوا عِنْدَهُ فَضَائِلَ شَعْبَانَ فَقَالَ شَهْرٌ شَرِيفٌ وَ هُوَ شَهْرِي وَ حَمَلَةُ الْعَرْشِ تُعَظِّمُهُ وَ تَعْرِفُ حَقَّهُ وَ هُوَ شَهْرٌ يُزَادُ فِيهِ أَرْزَاقُ الْمُؤْمِنِينَ

İbn Abbas deyir: Peyğəmbərin (s) hüzurunda Şəban ayından söz açıldı. O həzrət buyurdu: “Şəban ayı çox şərəfli bir aydır və mənim ayımdır. Ərşi daşıyan mələklər bu ayı əzəmətli sayar, haqqını tanıyarlar. Bu ay elə bir aydır ki, möminlərin ruzisi bu ayda çoxalar.”

وَ هُوَ شَهْرُ الْعَمَلِ فِيهِ يُضَاعَفُ الْحَسَنَةُ بِسَبْعِينَ وَ السَّيِّئَةُ مَحْطُوطَةٌ وَ الذَّنْبُ مَغْفُورٌ وَ الْحَسَنَةُ مَقْبُولَةٌ وَ الْجَبَّارُ جَلَّ جَلَالُهُ يُبَاهِي فِيهِ بِعِبَادِهِ وَ يَنْظُرُ إِلَى صِيَامِهِ وَ صُوَّامِهِ وَ قُوَّامِهِ وَ قِيَامِهِ فَيُبَاهِي بِهِ حَمَلَةَ الْعَرْشِ

“Bu ay əməl ayıdır və yaxşı əməlin savabı 70 dəfə artıq yazılar. Pis işlər əməl dəftərindən pozular. Günahlar bağışlanar. Yaxşı işlər və ehsanlar qəbul olar. Bu ayda Allah-Taala öz mömin bəndələrinin gündüzləri oruc tutmaları və gecələri namaz qılmaları ilə göydə ərşi daşıyan mələklərə fəxr edər.”

 

(“Fəzailu əşhuris-səlasə” (Üç ayın fəzilətləri), Şeyx Səduq, mütərcim: Mirməhəmməd Bəşir)

Google+ WhatsApp ok.ru