Həzrət Əbülfəzl Abbasın (ə) hərəminə xalça hədiyyə olundu

Həzrət Əbülfəzl Abbasın (ə) hərəminə xalça hədiyyə olundu

Əli Həkimi adlı İranın İsfahan şəhərindən olan zəvvar Həzrət Əbülfəzl Abbasın (ə) hərəminə misilsiz dəyərə malik əl toxunuşu olan böyük bir xalça hədiyyə edib.
Maide.Az  Deyerler.org- saytına istinadən xəbər verir ki, Əli Həkimi adının Həzrət Əbülfəzl Abbasın (ə) mütəhhər hərəminə hədiyyə edənlərin siyahısına yazılmasının onun üçün böyük şərəf olduğunu bildirib.
 
O, deyir ki, Həzrət Əbülfəzl Abbasa (ə) hədiyyə üçün hazırladığı xalçanın dizaynı və işlənməsi üçün 3 il vaxt sərf edib. Ağ, yaşıl və sarı rəng çalarlı təbii iplərdən və ipəkdən istehsalında istifadə olunan xalçanın eni 4, uzunluğu isə 7 metrdir. Xalça mübarək şaban ayının şərəfinə Həzrət Əbülfəzl Abbasın (ə) hərəminin Qiblə qapısının qarşısında yerə sərilib.
 
 

 

Google+ WhatsApp ok.ru