HƏDİSLƏR AYNASINDA ŞƏBAN AYININ FƏZİLƏTİ-14

HƏDİSLƏR AYNASINDA ŞƏBAN AYININ FƏZİLƏTİ-14

-- Şəban ayının son gününün orucunun savabı...

Şəban ayının son gününün orucunu Ramazan ayının orucuna birləşdirməyin savab və fəziləti iki ayın orucunun savabına bərabərlik edir:

حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ يَحْيَى الْعَطَّارُ قَالَ حَدَّثَنَا سَعْدُ بْنُ عَبْدِ اللَّهِ عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدٍ عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدِ بْنِ أَبِي نَصْرٍ الْبَزَنْطِيِّ عَنْ سَعْدِ بْنِ إِبْرَاهِيمَ عَنْ مُعَاوِيَةَ بْنِ عَمَّارٍ عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ: إِنَّ صَوْمَ الثَّلَاثِينَ وَ صَوْمَ إِتْبَاعِهِ صَوْمَ شَعْبَانَ شَهْرَيْنِ مُتَتَابِعَيْنِ تَوْبَةٌ مِنَ اللَّهِ وَ اللَّهِ.

İmam Sadiq (ə) buyurdu: "Həqiqətən də Şəban ayının otuzuncu gününü oruc tutaraq onu sonrakının (Ramazan ayının) orucu ilə davam etdirmək iki ay oruc tutmağa bərabərdir. And olsun Allaha ki, (belə bir oruc tutmağa müvəffəq olmaq sanki) Allahın (bəndəsinə) qucaq açması və (bəndəsinə sarı) qayıdışıdır.”

QEYD: Bəzən insanlar Şəban ayının orucunu Ramazan ayının orucuna birləşdirmək dedikdə, bunu "vüsal orucu" ilə səhv salır və qatışdırırlar. "Vüsal orucu" haram orucdur və bu işi qəsdən etmək olmaz. "Vüsal orucu" budur ki, insan bu gün oruc olur, axşam iftar etmədən və həmçinin sübh namazından öncə imsak və obşadan yemədən sabahı da oruc tutur. Bu oruc sağlamlığa zərər olduğu üçün qəsdən edilməsi haram və günahdır. Amma Şəban ayının orucunu Ramazan ayının orucuna birləşdirmək dedikdə, məqsəd Şəban ayının son 3 və ya son 1 gününü, yəni Şəban ayının 30-cu gününü oruc tutmaq, axşmaq iftar etmək və sübh çağı Ramazan ayının imsakı üçün qalxmaq. Başqa sözlə, Ramazan ayının niyyət gecəsindən öncəki gündə oruc olmaq. Bu cür birləşdirməyə iki ayın orucunun savabı verilir və bəzi hədislərdə deyilir ki, bir ilin və hətta bir ömürün orucunun savabına bərabərdir. (mütərcimdən.)

Mənbə: “Fəzailu əşhuris-səlasə”, Şeyx Səduq – Əbu Cəfər Məhəmməd ibn Babəvəyh Qummi (306-381 h.q), “Fəzailu şəhri-Şəban” bölümü.

Mütərcim: Mirməhəmməd Bəşir (Maide.az)

 

Google+ WhatsApp ok.ru