Həşəratlardan qurtulmaq üçün ev üsulları

Həşəratlardan qurtulmaq üçün ev üsulları

Yay mövsümünün gəlməsi ilə bu mövsümdə artan həşəratlar da narahatlığımıza səbəb olur.
 
Həşəratlardan xilas olmaq üçün ev şəraitində hazırlanan aşağıdakı üsuslları istifadə edə bilərsiniz.
 
Evinizdə spirtlə dolu paket asın
Evinizə milçək və ağcaqanadın girməsini istəmirsiniz texniki spirtli su ilə onları uzaqlaşdıra bilərsiniz. Spirtinin həşəratlara və milçəklərə qarşı inanılmaz bir qoxuya malik olması onları dəf etmədə də təsirli olacaq.
Bir şəffaf neylon paketin içinə bir miqdar spirt və su əlavə edib, paketin ağzını möhkəm bağlayın. Spirtli şəffaf paketləri günəş şüası alan bir yerə, qapı və ya pəncərə önünə asın. Şəffaf paketlər günəş işığının qırılmasına və prizmaların yaranmasına səbəb olacaq.
 
Adi reyhan
Reyhan bitkisinin həşəratlar üçün inanılmaz bir qoxusu var. Bu qoxunu hiss etdikdə oradan uzaqlaşacaqlar.
Reyhanı bir dibçəkdə yetişdirə bilərsiniz.
Bundan başqa, yarpaqlarından istifadə edib bir çay hazırlayaraq, həşərat və milçəklərə qarşı sprey hazırlamaq olar.
 
Lavanda yağı
İnsanları sakitləşdirən lavanda yağı böcəkləri uzaqlaşdıran kəskin bir qoxuya malikdir. Evdəki milçək basqınlarına qarşı lavanda yağını istifadə edin.
Bir sprey və ya buxarlaşdırıcı istifadə edərək, evinizə həm xoş ətir verə bilərsiniz, həm də
həşəratlarla mübarizə apara bilərsiniz.
 
Mixək və portağal
Portağalın o xoş qoxusu həm milçəklərə qarşı bir çıxış yolu, həm də təbii bir otaq spreyidir.
Portağal və mixəyin kəskin qoxusu milçəkləri çox narahat edərək, həmin mühitdən uzaqlaşmasını təmin edəcək.
Bir portağalın üzərinə mixəyləri batırıb yemək otağı və ya hansı otaqda istifadə etmək istəyirsinizsə, orada​ yerləşdirin. Bununla da milçəklər sizi narahat etməyəcək. (deyerler) /

Google+ WhatsApp ok.ru