Həzrəti Məsumənin (s.ə) mövludu münasibətilə yüz minlərlə zəvvar İmam Rzanın hərəminə çiçəklərlərlə gəldi

Həzrəti Məsumənin (s.ə) mövludu münasibətilə yüz minlərlə zəvvar İmam Rzanın hərəminə çiçəklərlərlə gəldi

Xəbər verdiyimiz kimi, bu gün Həzrət Məsumə xanımın mövludu ilə (zil-qədə 1) Kəramət günləri başlayır. Bu günlər İmam Rzanın mövluduna (zil-qədə 11) qədər davam edir.
 
Maide.Az xəbər verir ki, İranın Məşhəd şəhərində yerləşən İmam Rzanın (ə) mübarək hərəmi bacısı Həzrəti Məsumənin (s.ə) mübarək mövludu münasibətilə bəzədilib.
 
Əhli-Beytin (s.ə) kəriməsinin mövludu günündə zəvvarlar bu gün səhər tezdən İmam Rzanın (ə) hərəminə çiçəklərlə gəlib. Bu çiçəklər qardaşına qovuşa bilməyən Xanımı (s.ə) simvolizə edir.
 
İmam Rzanın (ə) hərəmində xanımın mövludu ilə bağlı dünən gecədən etibarən bir-birinin ardınca mövlud tədbirləri, mərasimləri və şənliklər keçirilir. İmam Rzanın (ə) mübarək hərəmində əcnəbi zəvvarlar üçün də xüsusi mövlud mərasimlərinin keçirilməsi nəzərdə tutulub.
 
Həzrəti Məsumənin (s.ə) mövludu münasibətilə hərəm gül çələngləri və rəngli işıqlarla bəzədilib.
 
 
 

 

Google+ WhatsApp ok.ru