Həsən Nəsrullah tezliklə Ərsal vadisində digər terrorçu təşkilat olan İŞİD-ə qarşı əməliyyatların başlayacağını bildirib

Həsən Nəsrullah tezliklə Ərsal vadisində digər terrorçu təşkilat olan İŞİD-ə qarşı əməliyyatların başlayacağını bildirib

Ərsal vadisinin Nüsrə Cəbhəsi terrorçularından təmizlənməsilə bağlı zəfər nitqi söyləyən Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah tezliklə Ərsal vadisində digər terrorçu təşkilat olan İŞİD-ə qarşı əməliyyatların başlayacağını bildirib.
 
Maide.Az xəbər verir ki, H.Nəsrullah Ərsal döyüşlərində Livan Hizbullahına yardım etdiyinə görə İran və Suriya hökümətinə  təşəkkür edib və bildirib ki, müqavimətin terrorçular üzərində qələbə çalmasında İran İslam Respublikasının dəstəkləri danılmazdır. 
 
Livan Hizbullahının baş katibi vurğulayıb ki, BMT-nin Ərsal yüksəkliklərinin azad edilməsi əməliyyatında heç bir rolu olmayıb. “Hizbullah ilə Nüsrə Cəbhəsi terror qrupu arasındakı atəşkəs üzrə müzakirələr BMT-nin və Beynəlxalq Qızıl Xaç Təşkilatının iştirakı olmadan nəticə verdi və onun zamini, Hizbullah və Livanın təhlükəsizlik qüvvələri idi”.
 
H.Nəsrullah İŞİD-ə qarşı Livan və Suriya ordusu ilə birlikdə əməliyyat keçirəcəklərini açıqlayıb.  
 
Hizbullah təşkilatının baş katibi Seyid Həsən Nəsrullah İŞİD terrorçularına dostları "Nüsrə Cəbhəsi" kimi məğlub olacaqlarını bildirib. “Nə qədər gec deyil, danışıqlara gedərək əraziləri boşaltmağa razı olsunlar. Əks halda sizin də axırınız məğlubiyyət olacaq”.
 
Qeyd edək ki, təqribən üç il İŞİD və Nüsrə Cəbhəsi terrorçularının işğalı altında olmuş Suriyanın Qərbi Qələmun və Livanın Ərsal yüksəkliklərinin azad edilməsi əməliyyatı 2017-ci ilin 21 iyulundan başlanıb və Livanın müqavimət qüvvələri terrorçuların işğalı altında olan əraziləri azad edib. Bu əməliyyat zamanı yüzlərlə Nüsrə Cəbhəsi terrorçusu məhv və həbs edilib.
 
Livanda xalqın müxtəlif təbəqələri və siyasi şəxsiyyətlər Ərsal yüksəkliklərinin azad edilməsi əməliyyatını dəstəkləyib. /

Google+ WhatsApp ok.ru