Həcc zamanı 30 min həkim zəvvarlara xidmət edəcək

Həcc zamanı 30 min həkim zəvvarlara xidmət edəcək

Cari ildə Həcc ziyarəti zamanı zəvvarlara təxminən 30 min tibb işçisi xidmət göstərəcək. 
 
Maide.info  xəbər verir ki, bununla bağlı Səudiyyə Ərəbistanın Səhiyyə Nazirliyi məlumat yayıb. 
 
Məlumata görə, cari ilin Həcc mövsümündə Ərəfat çölündə, Mina, Məkkə və Mədinədə 25 xəstəxana gücləndirilmiş iş rejimində çalışacaq. 
 
Bundan başqa həmin ərazilərdə 150 dən çox mobil xəstəxana  fəaliyyət göstərəcək.   Xəstələrin daşınması üçün 100 təcili tibbi yardım avtomobili ayrılıb. 
 
Məlumatda o da qeyd olunub ki,  Həcc mövsümü zamanı zəvvarlara xidmət göstərəcək bütün heyətə meningit və qripə qarşı peyvənd proqramı icra olunub.(İslam-today)
 

Google+ WhatsApp ok.ru