Həcc və Ümrə ziyarətinə gedən qadın zəvvarlara ilk dəfə qadın tibbi personal xidmət göstərəcək

Həcc və Ümrə ziyarətinə gedən qadın zəvvarlara ilk dəfə qadın tibbi personal xidmət göstərəcək

Səudiyyə Ərəbistanı elan edib ki, cari ilin Həcc mövsümündə ilk dəfə olaraq Həcc və Ümrə ziyarətinə gəlmiş qadın zəvvarlara Ciddə hava limanında peyvənd vurmaq üçün qadın tibbi personal xidmət göstərəcək. 
 
Maide.İnfo xəbər verir ki, Ciddə hava limanına Həcc və Ümrə ziyarəti üzrə giriş salonlarının rəhbəri Əbdülməcid əl-Əfqani deyib ki, 610 tibbi personal, o cümlədən qadın tibb bacıları 24 saat zəvvarlara xidmət göstərir.
 
“Tibb bacılarının öhdəliyi digər ölkələrdən ziyarətə gəlmiş qadın zəvvarlara iflic və meningitə qarşı peyvənd vurmaqdır”.
 
Onun sözlərinə görə, Həcc mövsümünün başlandığı gündən ötən günə kimi (avqustun  8-dək) 110 mindən çox zəvvar 663 təyyarə reysi ilə Ciddəyə səfər edib.  
 
“Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə zəvvarların sayının 9,4 faiz artdığını göstərir”.
 
Ə.Əl-Əfqani deyib ki, indiyədək Səudiyyə Ərəbistanına səfər etmiş zəvvarlar əsasən Pakistan, Hindistan, İndoneziya, Türkiyə və Misirdəndir. /
 
پرستاران زن برای نخستین‌بار در موسم حج + عکس
 
پرستاران زن برای نخستین‌بار در موسم حج + عکس
 
پرستاران زن برای نخستین‌بار در موسم حج + عکس
 
پرستاران زن برای نخستین‌بار در موسم حج + عکس

Google+ WhatsApp ok.ru