Həftənin ən yaxşı futbolçusu bilindi

Həftənin ən yaxşı futbolçusu bilindi

Futbol üzrə Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.
 
İspaniyanın “Real Madrid” komandasının hücumçusu Kriştianu Ronaldu qalib olub.
 
O, qrup mərhələsinin II turu çərçivəsində İspaniya təmsilçisinin Dortmund “Borussiya”sını 3:1 hesabı ilə məğlub etdiyi görüşdə dubla imza atması sayəsində ən yaxşı seçilib.
 
Qeyd edək ki, K.Ronaldu Lionel Messi və Neymarla birgə 2017-ci ilin ən yaxşı oyunçusu olmağa namizəddir.(trend)
 

Google+ WhatsApp ok.ru