Həsən Nəsrullah ABŞ-ın İranla düşmənçilik siyasətinin əsas səbəbini açıqlayıb

Həsən Nəsrullah ABŞ-ın İranla düşmənçilik siyasətinin əsas səbəbini açıqlayıb

“Amerikanın İranla əsas problemi nüvə məsələsi deyil, əsas problem budur ki Tehran ABŞ və Səudiyyənin bölgə üçün nəzərdə tutduğu planın qarşısını alır. Buna görə onu terroru dəstəkləməkdə ittihamlandırırlar”
 
Bunu Hizbullah lideri Həsən Nəsrullah ötən günkü çıxışında deyib.
 
İki Hizbullah şəhidinin anım mərasimində çıxşı edən Həsən Nəsrullah bildirib ki, İrana qarşı bu qədər həmlə region üçün nəzərdə tutulan planların qarşısında durmasına görədir.
 
“Bizim bölgə Amerika və Səudiyyə tərəfindən hazırlanan yeni bir planla üz-üzədir. Bunun başında İslam Respublikasını hədəfə almaq durur. Amerikanın İranla əsas problemi nüvə məsələsi deyil, əsas problem budur ki Tehran ABŞ və Səudiyyənin bölgə üçün nəzərdə tutduğu planın qarşısını alır. Buna görə onu terroru dəstəkləməkdə ittihamlandırırlar.”
 
Həsən Nəsrullah əlavə edib ki, ABŞ İŞİD-in aradan aparılmasında heç də tələsmir, amma bölgənin müqavimətçi ölkələri tezliklə bu işi görəcəklər.
 
Hizbullah lideri vurğulayıb ki, Səudiyyə Ərəbistanı bölgədəki qarşıdurmaların əsas səbəbkarlarından biridir və Səudiyyə rəsmilərinin Hizbullahı terroru dəstəkləməkdə ittiham etməsi olduqca gülüncdür. O əlavə edib ki, əgər Səudiyyə ABŞ və digər müttəfiqlərini Hizbullaha qarşı koalisiya yaratmağa çağırırsa bu o deməkdir ki, onlar bizim regional qüvvə olduğumuzu etiraf edirlər.(İslaminsesi)

Google+ WhatsApp ok.ru