Həsən Ruhani  ABŞ prezidentini tarixi, həm də coğrafiyanı bir dəfə də oxumağa çağırdı

Həsən Ruhani ABŞ prezidentini tarixi, həm də coğrafiyanı bir dəfə də oxumağa çağırdı

İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald  Trampın verdiyi açıqlamalara münasibət bildirib.
 
Maide.Az bildirir ki, H.Ruhani  ABŞ prezidenti Donald Trampın  Fars Körfəzini  Ərəb Körfəzi adlandırmasını  tənqid edib və deyib ki,  D.Trampın çıxışı küfr və ittihamdan başqa bir şey deyil:  “Mən onu tarixi, həm də coğrafiyanı bir dəfə də oxumağa dəvət edirəm. O həmçinin beynəlxalq öhdəlikləri və ədəb qaydalarını öyrənsin”.
 
H.Ruhani Amerikanın İraqın İran əleyhinə olan müharibədəki rolundan danışıb və bu ölkəni tənqid edib. “ “İran xaqlı heç bir gücün qarşısında təslim  olmayacaq.  Bir daha bizə aydın oldu ki, Amerika hökuməti  İran xalqının qarşısında  və regionun məzlum xalqları qarşısında tutduğu yolu  davam etdirəcək.”
 
H.Ruhani İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) dəstəkləyib və deyib ki,  SEPAH  güclü bir qüvvədir və  xalq həmişə onun yanındadır: “Açıq şəkildə deyirəm ki, biz  terrorun qarşısında durmuşuq və durmağa davam edəcəyik”.
 
H.Ruhani deyib ki, Amerika bu gün  Hərtərəfli Birgə Fəaliyyət Planı  və İran xalqı əleyhinə yürütdüyü  çirkli planlar qarşısıdna həmişəkindən daha artıq tək qalıb. “Bütün orqanları xalqın səsi ilə seçilmiş İran dövləti diktatordur? Yoxsa ki, xalqı heç vaxt seçkilərin nə olduğunu bilməyən və Amerikanın dəstəyi altında hələdə tayfa sistemi ilə idarə olunan dövlətlər?”
 
H.Ruhani bildirib ki, ABŞ-ın məqsədi İranda iqtisadiyyat və investisiyaya ziyan vurmaq və Hərtərəfli Birgə Fəaliyyət  Planının pozulmasına nail olmaqdır.   "HBFP-ə hər hansı bir maddə və ya qeyd çıxarılmayacaq və əlavə olunmayacaq". 
 
“Siz İranın raketlərinə görə narahatsınız? Siz bu regionda həmişə təcavüzkar olmusunuz.  Bizim raketlərimiz özünümüdafiə üçündür.  Daim müdafiə üçün qətiyyətli olmuşuq, bu gün  həmişəkindən daha da çox  silah istehsal etmək üçün çalışacağıq.   İran bundan sonra  öz raket istehsal proqramını  daha da  gücləndirəcək. İrana silah sırf müdafiə üçün lazımdır”, deyə H.Ruhani bildirib.(tasnimnews)
 
 

 

Google+ WhatsApp ok.ru