Həbsdəki jurnalistin səhhəti yaxşı deyil

Həbsdəki jurnalistin səhhəti yaxşı deyil

Vəkil Elçin Sadıqov hazırda həbsdə olan “Xeber44.com” saytının redaktoru Araz Quliyevin şikayətini baş prokurorluğa çatdırıb.
 
Vəkilin bildirməsinə görə, hazırda Qobustan qapalı həbsxanasında saxlanan jurnalistin səhhəti yaxşı deyil. Üstəlik, keçmiş redaktor işgəncə ilə üzləşdiyini bildirib.
 
Elçin Sadıqov vurğulayıb ki, bu həftə Araz Quliyevlə görüşüb.
 
“O, bu barədə ətraflı izahat yazdı, həmin izahatı araşdırılması üçün Baş Prokurorluğuna göndərmişəm”, – vəkil vurğulayıb.
 
Həbsdəki redaktorun işgəncə şikayətinə, hələlik, Penitensiar Xidmətdən və Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb. Ancaq Penitensiar Xidmət bir qayda olaraq işgəncə şikayətlərini qəbul etmir.
 
"Xeber44.com” saytının redaktoru Araz Quliyev 2012-ci ilin sentyabrında bu rayonda keçirilən Folklor Festivalı zamanı həbs edilən 8 nəfərdən biridir. O, 8 il həbs cəzası alıb. Ondan başqa həbs edilənlər əsasən dindarlardır. Onlar dini ədavət və dini düşmənçilik yaratmaqda təqsirli biliniblər. Bəziləri artıq, azadlıqdadır. (azadliq.org)
 

Google+ WhatsApp ok.ru