HƏMAS rəsmisi İsrailin cinayətlərindən danışdı

HƏMAS rəsmisi İsrailin cinayətlərindən danışdı

-- “İslami Cihad” hərəkatının yanında olduqlarını vurğulayan İsmayıl Haniyə, vəhdəti qoruyacaqlarını qeyd edib

Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun sədri İsmayıl Haniyə işğalçı İsrail rejiminin Qəzza zolağına hücum edərək insanları öldürməsinə münasibət bildirib. 

 İsmayıl Haniyə açıqlamasında vurğulayıb ki, həlak olan fələstinlilərin intiqamı İsrail rejimindən alınacaq.   

HƏMAS hərəkatının siyasi bürosunun sədri İsmayıl Haniyə hücumun “İslami Cihad” hərəkatına qarşı baş verdiyini də açıqlamasında diqqətə çatdırıb.   

“İslami Cihad” hərəkatının yanında olduqlarını vurğulayan İsmayıl Haniyə, vəhdəti qoruyacaqlarını qeyd edib. (eastnews)

Google+ WhatsApp ok.ru