`Həmas` kilsələrə vergi qoyulmasına etiraz etdi

`Həmas` kilsələrə vergi qoyulmasına etiraz etdi

-- Kilsələr vergi tətbiq olunması Fələstin xalqına, müsəlmanlar və xristianların müqəddəs saydığı məkanlara qarşı dini savaşın növbəti mərhələsidir

"Həmas" İsrailə tabe olan Qüds Bələdiyyəsinin şəhərdəki kilsələrə vergi tətbiq etməsinə sərt reaksiya göstərib.
 
Maide.Az NTV-yə istinadən xəbər verir ki, bu qərarın ABŞ siyasətinin təzahürü olduğu qeyd edilib:
 
"Bu addım ABŞ prezidenti Donald Trampın Fələstinə əleyhinə qərarlarının təhükəli davamıdır. Kilsələr vergi tətbiq olunması Fələstin xalqına, müsəlmanlar və xristianların müqəddəs saydığı məkanlara qarşı dini savaşın növbəti mərhələsidir. Bütün bu çirkin planlara qarşı İslam ümməti ayağa qalxmalıdır", - deyə "Həmas"ın açıqlamasında qeyd edilib.
 
Qeyd edək ki, vergi Qüdsdəki 882 kilsəyə tətbiq edilib. Vergini ödəməyən kilsələrin bağlanılacağı və mülklərin müsadirə ediləcəyi bildirilib.
 
Bu qərara etiraz olaraq Qiyamət kilsəsi fəaliyyətini dayandırıb.

Google+ WhatsApp ok.ru