Həbs edilən fələstinlilərə görə Qəzzada aksiya keçirilib

Həbs edilən fələstinlilərə görə Qəzzada aksiya keçirilib

-- İsrailə təzyiqlər olmalıdır ki, işgəncələr dayandırılsın

İşğalçı İsrailin həbsxanalarında saxlanılan fələstinlilər üçün Qəzzada mitinq keçirilib.
 
Maide.az “Dünya Bülteni”nə istinadən xəbər verir ki, aksiya Fələstin Xalqının Haqlarına Beynəlxalq Dəstək Komitəsinin çağırışı ilə baş tutub.
 
Komitə üzvü Nahid Xələf bidirib ki, sionist İsrail hökuməti son illərdə beynəlxalq standartlara qarşı çıxaraq məhbuslara işgəncə etməyi dayandırmayıb.
 
“İsrailə təzyiqlər olmalıdır ki, işgəncələr dayandırılsın”, - deyə Xələf sözlərinə əlavə edib.
 
Məlumat üçün bildirək ki, işğalçı rejimin həbsxanalarında 481-i Şərqi Qüdsdən olmaqla, 7 minə yaxın fələstinli saxlanılır.
 
Onların arasında 57 qadın, 300 uşaq da var.
 
 

Google+ WhatsApp ok.ru