Hərbi prokuror silahlılar tərəfindən oğurlandı

Hərbi prokuror silahlılar tərəfindən oğurlandı

-- Silahlıların 3 avtomobildə hərəkət etdiyi bildirilir

Liviyanın hərbi prokuroru general-mayor Məsud Arhuma naməlum silahlı şəxslər tərəfindən oğurlanıb.
 
Maide.Az xəbər verir ki, bu barədə yerli “Al Wasat” nəşrinə generalın oğlu Fadıl Arhuma bildirib.
 
Onun sözlərinə görə, silahlılar prokurorun sürücüsü və mühafizəçisini də saxlayaraq naməlum istiqamətdə aparıblar. Fadıl Arhuma qeyd edib ki, silahlılar onun atasını Tripolinin Səlahəddin rayonundakı evinin yaxınlığında saxlayıblar. Silahlıların 3 avtomobildə hərəkət etdiyi bildirilir. (apa)
 

Google+ WhatsApp ok.ru