Həbsdəki redaktor səhhətindən şikayətlənir

Həbsdəki redaktor səhhətindən şikayətlənir

-- Bu haqda onun həyat yoldaşı danışıb

Azel.tv saytının həbsdə olan təsisçisi və redaktoru Əfqan Sadıqov həyatına təhlükə olduğunu bildirir.
 
Bu haqda onun həyat yoldaşı Sevinc Sadıqova danışıb. O, aprelin 2-də 17 saylı Cəzaçəkmə Müəssisəsində Əfqan Sadıqovla görüşüb.
 
Həyat yoldaşının deməsinə görə, əri bildirib ki, Kürdəxanıdakı istintaq təcridxanasında saxlanarkən ona soyuq olub:
 
“Xəstələndiyindən ona iynə vurulub. O vaxtdan onun səhhətindəki problemlər daha da şiddətlənib.
 
Kürdəxanıdan müəssisəyə qaytarıldıqdan sonra baş ağrıları, ürək bulanması, baş gicəllənmələri başlayıb. Ürək nahiyyəsindəki ağrıları ona möhkəm əziyyət verir. 10 gündən çoxdur ki, həkimlər bu problemi həll edə bilmirlər”.
 
Həyat yoldaşının sözlərinə görə, Əfqan Şadıqovun qan təziqi sürətlə qalxır.
 
“Belə olduqda iynə vurulur, təzyiq 2-3 saatlığa normala düşür. İynənin təsiri keçəndən sonra təziq yenidən yuxarı qalxmağa başlayır. Hər gün xeyli həblər içir, lakin heç bir xeyri yoxdur”, xanımı deyib.
 
S.Sadıqova cəzaçəkmə müəssisəsində olarkən həyat yoldaşının təzyiqinin yenidən qalxdığını, həkimlərin müdaxilə etdiyini bildirib. O, ərinin müalicə məqsədi ilə göndərilməli olduğunu ifadə edib.
 
Əfqan Sadıqovun sağlıq durumu ilə bağlı, hələlik, 17 saylı Cəzaçəkmə Müəssisəsindən və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru