Həftə sonunun HAVAsı

Həftə sonunun HAVAsı

-- Səhər bəzi yerlərdə zəif duman olacaq

Bakıda və Abşeron yarımadasında aprelin 07-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.
 
Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə,Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 13-18, Bakıda gecə 6-8, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında
 
Aprelin 07-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 5-10, gündüz 15-21, dağlarda gecə 0-5, gündüz8-13 dərəcə isti olacağı gözlənilir.
 
Tibbi-meteroloji proqnoz
 
Aprelin 09-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 

Google+ WhatsApp ok.ru