Hər 50 nəfərdən biri allergik xəstəlikdən əziyyət çəkəcək 13 Aprel 2018 01:00 Xəbərlər -- Peyvənd tam sağlam uşağa vurulmalıdır 2025-ci ilə qədər dünyada hər 50 nəfərdən biri allergik xəstəlikdən əziyyət çəkəcək. Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bunu pediatr-allerqoloq, professor Amaliya Əyyubova deyib. Onun sözlərinə görə, dünyada allergik xəstəliklərə yoluxanların sayı getdikcə artır: "Burada qidalar, iqlim də rol oynayır. Qidalarda həddindən artıq əlavələrin olması allergiyaya daha çox yol açır. Lakin son vaxtlar ağır formada olan astmaya rast gəlinmir. Bunu öz təcrübəmə əsasən deyirəm. Burada maarifləndirmə də rol oynayır". A.Əyyubova allergik xəstəliklərdən əziyyət çəkən körpələrə peyvəndin edilib-edilməməsinə də münasibət bildirib: "Peyvənd tam sağlam uşağa vurulmalıdır. Bizdə peyvənd uşaqlara elə də çox fəsad vermir. Amma ağır fəsadlar verə bilər. Rusiya da açıq elan edir ki, sağlam uşaqlar cəmi 10 faizdir. Allergiyası olan uşaqlara peyvənd vurmaq olar, lakin bu, yalnız remisiya dövründə ola bilər. Uşaqlar, ümumiyyətlə, peyvənddən iki həftə əvvəl buna hazır olmalıdırlar". A.Əyyubova valideynlərə xəbərdarlıq da edib: "Valideynlər diqqətsizlik edərək övladların mütəmadi şəkildə burun axmasına çox diqqət etmirlər. Lakin diatezli körpələr gələcəkdə bu və ya digər allergik xəstəliklərə meyilli olurlar". Teqlər : #Hər 50 nəfərdən biri allergik xəstəlikdən əziyyət çəkəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiyanın hərbi helikopteri qəzaya uğrayıb, iki nəfər ölüb Rusiyada Telegram qadağan edildi