Hər gün 65 çinli müsəlman olur

Hər gün 65 çinli müsəlman olur

-- paytaxt Pekində 110 dan çox məscid yerləşir

Hal - hazırda Çində 45 min məscid var. 
 
Maide.Az “Türkiyegazetesi”-nə isitnadən xəbər verir ki, rəsmi məlumatlara görə Çində 65 milyon, qeyri rəsmi məlumatlara görə isə 100 milyon müsəlman yaşayır. 
 
Çindəki 56 millətdən 14-ü müsəlmandır. Ölkədəki müsəlman əhalinin çoxu heç də özbək, uyğur və kazaklardan ibarət deyil. Əslən çinli olan huylar ölkədəki müsəlman əhalinin 90 faizini təşkil edir. 
 
Əhalisinin 42 faizinin heç bir dinə inanmadığı ölkədə islam ən sürətlə yayılan dindir. Gün ərzində 65 çinli məscidlərə gedərək müsəlman olur. 
 
İslam sadəcə ölkənin ucqarlarında deyil, Pekində də sürətlə yayılır. 400 min müsəlmanın yaşadığı paytaxtda təqribən 2600 halal emblem ilə fəaliyyət göstərən restoran və 110 dan çox məscid yerləşir.
 

Google+ WhatsApp ok.ru