HƏDİSLƏR AYNASINDA MÜBARƏK RAMAZAN AYININ FƏZİLƏTİ-1

HƏDİSLƏR AYNASINDA MÜBARƏK RAMAZAN AYININ FƏZİLƏTİ-1

-- Bu ay “SƏBR” ayıdır

أَخْبَرَنَا الشَّيْخُ أَبُو جَعْفَرٍ مُحَمَّدُ بْنُ عَلِيِّ بْنِ الْحُسَيْنِ بْنِ مُوسَى بْنِ بَابَوَيْهِ الْفَقِيهُ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ حَدَّثَنَا أَبِي رَحِمَهُ اللَّهُ عَنْ مُحَمَّدِ بْنِ يَحْيَى الْعَطَّارِ عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدِ بْنِ عِيسَى عَنِ الْحَسَنِ بْنِ مَحْبُوبٍ عَنْ أَبِي أَيُّوبَ عَنْ أَبِي الْوَرْدِ عَنْ أَبِي جَعْفَرٍ ع قَالَ: خَطَبَ رَسُولُ اللَّهِ (ص) فِي آخِرِ جُمُعَةٍ مِنْ شَعْبَانَ فَحَمِدَ اللَّهَ وَ أَثْنَى عَلَيْهِ ثُمَّ قَالَ أَيُّهَا النَّاسُ إِنَّهُ قَدْ أَظَلَّكُمْ شَهْرٌ فِيهِ لَيْلَةٌ خَيْرٌ مِنْ أَلْفِ شَهْرٍ وَ هُوَ شَهْرُ رَمَضَانَ فَرَضَ اللَّهُ صِيَامَهُ وَ جَعَلَ قِيَامَ لَيْلَةٍ مِنْهُ بِتَطَوُّعِ صَلَاةٍ كَمَنْ تَطَوَّعَ بِصَلَاةِ سَبْعِينَ لَيْلَةً فِيمَا سِوَاهُ مِنَ الشُّهُورِ وَ جَعَلَ لِمَنْ تَطَوَّعَ فِيهِ بِخَصْلَةٍ مِنْ خِصَالِ الْخَيْرِ وَ الْبِرِّ كَأَجْرِ مَنْ أَدَّى فَرِيضَةً مِنْ فَرَائِضِ اللَّهِ عَزَّ وَ جَلَّ وَ مَنْ أَدَّى فِيهِ فَرِيضَةً مِنْ فَرَائِضِ اللَّهِ كَانَ كَمَنْ أَدَّى سَبْعِينَ فَرِيضَةً فِيمَا سِوَاهُ مِنَ الشُّهُورِ وَ هُوَ شَهْرُ الصَّبْرِ وَ إِنَّ الصَّبْرَ ثَوَابُهُ الْجَنَّةُ وَ هُوَ شَهْرُ الْمُسَاوَاةِ [الْمُوَاسَاةِ] وَ هُوَ شَهْرٌ يَزِيدُ اللَّهُ فِيهِ فِي رِزْقِ الْمُؤْمِنِينَ وَ مَنْ فَطَّرَ فِيهِ مُؤْمِناً صَائِماً كَانَ لَهُ بِذَلِكَ عِنْدَ اللَّهِ عِتْقُ رَقَبَةٍ وَ مَغْفِرَةٌ لِذُنُوبِهِ فِيمَا مَضَى فَقِيلَ لَهُ يَا رَسُولَ اللَّهِ لَيْسَ كُلُّنَا يَقْدِرُ عَلَى أَنْ يُفَطِّرَ صَائِماً فَقَالَ إِنَّ اللَّهَ تَعَالَى كَرِيمٌ يُعْطِي هَذَا الثَّوَابَ مِنْكُمْ مَنْ لَا يَقْدِرُ إِلَّا عَلَى مَذْقَةٍ مِنْ لَبَنٍ فَفَطَّر بِهَا صَائِماً أَوْ شَرْبَةٍ مِنْ مَاءٍ عَذْبٍ أَوْ تَمَرَاتٍ لَا يَقْدِرُ عَلَى أَكْثَرَ مِنْ ذَلِكَ وَ مَنْ خَفَّفَ فِيهِ عَنْ مَمْلُوكِهِ خَفَّفَ اللَّهُ عَنْهُ حِسَابَهُ وَ هُوَ شَهْرٌ أَوَّلُهُ رَحْمَةٌ وَ وَسَطُهُ مَغْفِرَةٌ وَ آخِرُهُ إِجَابَةٌ وَ عِتْقٌ مِنَ النَّارِ وَ لَا غِنَى بِكُمْ فِيهِ عَنْ أَرْبَعِ خِصَالٍ خَصْلَتَيْنِ تُرْضُونَ اللَّهَ تَعَالَى بِهِمَا وَ خَصْلَتَيْنِ لَا غِنَى بِكُمْ عَنْهُمَا أَمَّا اللَّتَانِ تُرْضُونَ اللَّهَ تَعَالَى بِهِمَا فَشَهَادَةُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ وَ أَنِّي رَسُولُ اللَّهِ وَ أَمَّا اللَّتَانِ لَا غِنَى بِكُمْ عَنْهُمَا فَتَسْأَلُونَ اللَّهَ حَوَائِجَكُمْ وَ الْجَنَّةَ وَ تَسْأَلُونَ فِيهِ الْعَافِيَةَ وَ تَتَعَوَّذُونَ مِنَ النَّارِ.
 
İmam Sadiqdən (ə) nql olunur ki, həzrət Peyğəmbər (s) Şəban ayının son cümə günü Allaha həmd-səna etdikdən sonra buyurdu: “Ey camaat! Sizə bir ay kölgə salmışdır ki, o ayda min gecədən xeyirli bir gecə vardır və o, Ramazan ayıdır. Allah-Taala bu ayda oruc tutmağı vacib etmişdir. Bu ayın bir gecəsində oyaq qalıb müstəhəb və nafilə namaz qılmaq başqa ayların yetmiş gecəsində qılınan nafilə namaza bərabərdir. 
 
Bu ayda savab, xeyirxahlıq, yaxşılıq kimi işlərlə məşğul olana Allahın vacib əmrlərindən birini yerinə yetirmiş kəsin əcri verilər. 
 
Hər kəs bu ayda ilahi vaciblərdən birini yerinə yetirərsə, ona digər aylarda yerinə yetirilən yetmiş vacib əməlin savabı yazılar. 
 
Bu ay “SƏBR” ayıdır. Həqiqətən də səbrin mükafatı cənnətdir. 
 
Bu ay bərabərlik ayıdır. Bu ayda Allah-Taala möminlərin ruzisini artırar. 
 
Hər kəs bu ayda oruc tutan bir möminə iftar verərsə, bu iftar verməyin mükafatı Allah yanında bir qulu azad etməyə bərabərlik edər və keçmiş günahlarının bağışlanmasına səbəb olar.”
 
Dedilər: “Ey Allahın Rəsulu! Bizim hamımızın oruc tutana iftar verməyə gücümüz çatmır.”
 
Həzrət (s) buyurdu: “Allah-Taala kərimdir. Bu savabı bir içim süd, su və bir xurma ilə iftar verənə də əta edəcəkdir.
 
Hər kəs bu ayda öz itaəti altında olanların (ailə, uşaq, işçi və s.) işini yüngül edərsə (və onlarla yumşaq davranarsa), Allah-Taala da qiyamət günü onun hesabını yüngül edər. 
Bu bir aydır ki, əvvəli rəhmət, ortası məğfirət və bağışlanmaq, axırı hacətlərin qəbulu və cəhənnəm odundan xilas olmaqdır. 
 
Sizin hər birinizin bu ayda 4 xislətə ehtiyacınız var: bu dörd xislətin ikisi ilə Allahı razı salacaqsınız, digər ikisinə də özünüz ehtiyaclısınız. 
Allahı razı salacağınız ilk iki xislət Allahın yeganəliyinə və mənim peyğəmbərliyimə şəhadət verməyinizdir. 
 
Özünüzün ehtiyac duyduğunuz digər iki xislətin birincisi budur ki, bu ayda Allahdan hacətlərinizi və cənnəti istəyin, ikincisi də budur ki, bu ayda Allahdan sağlamlıq və cəhənnəm odundan qurtuluş diləyin.”
 
(“Fəzailu əşhuris-səlasə” (Üç ayın fəzilətləri), Ramazan ayının fəzilətləri bölümü, hədis: 1/51, müəllif: Şeyx Səduq, mütərcim: Mirməhəmməd Bəşir - Maide.Az)
 

Google+ WhatsApp ok.ru