HƏDİSLƏR AYNASINDA MÜBARƏK RAMAZAN AYININ FƏZİLƏTİ-3

HƏDİSLƏR AYNASINDA MÜBARƏK RAMAZAN AYININ FƏZİLƏTİ-3

-- Hər kəs bu ayda Allaha yaxın olmaq üçün...

حَدَّثَنَا مُحَمَّدُ بْنُ إِبْرَاهِيمَ بْنِ إِسْحَاقَ قَالَ حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدٍ الْكُوفِيُّ قَالَ حَدَّثَنَا عَلِيُّ بْنُ الْحَسَنِ بْنِ عَلِيِّ بْنِ فَضَّالٍ عَنْ أَبِيهِ عَنْ أَبِي الْحَسَنِ عَلِيِّ بْنِ مُوسَى الرِّضَا عَنْ آبَائِهِ عَلَيْهِ وَ عَلَيْهِمُ السَّلَامُ قَالَ قَالَ رَسُولُ اللَّهِ ص‏ إِنَّ شَهْرَ رَمَضَانَ شَهْرٌ عَظِيمٌ يُضَاعِفُ اللَّهُ فِيهِ الْحَسَنَاتِ وَ يَمْحُو فِيهِ السَّيِّئَاتِ وَ يَرْفَعُ فِيهِ الدَّرَجَاتِ مَنْ تَصَدَّقَ فِي هَذَا الشَّهْرِ بِصَدَقَةٍ غَفَرَ اللَّهُ لَهُ وَ مَنْ أَحْسَنَ فِيهِ إِلَى مَا مَلَكَتْ يَمِينُهُ غَفَرَ اللَّهُ لَهُ .
 
İmam Rza (ə) ata-babaları vasitəsilə cəddi Peyğəmbərdən (s) nəql etdiyi bir hədisdə buyurur: “Həqiqətən də Ramazan ayı çox böyük və əzəmətli aydır. Allah-Taala bu ayda gözəl işlərin savabını artırır. Pis işləri oruc tutanların əməl dəftərindən silir. Oruc tutanların mənəvi dərəcələrini yüksəldir. Allah-Taala bu ayda sədəqə verənlərin, tabeliyində və itaəti altında olanlara (ailə, övlad, işçi və s...) yaxşılıq edənlərin günahlarını bağışlayır.”
 
ثُمَّ قَالَ ع إِنَّ شَهْرَكُمْ هَذَا لَيْسَ كَالشُّهُورِ إِذَا أَقْبَلَ إِلَيْكُمْ أَقْبَلَ بِالْبَرَكَةِ وَ الرَّحْمَةِ وَ إِذَا أَدْبَرَ عَنْكُمْ أَدْبَرَ بِغُفْرَانِ الذُّنُوبِ هَذَا شَهْرٌ الْحَسَنَاتُ فِيهِ مُضَاعَفَةٌ وَ أَعْمَالُ الْخَيْرِ فِيهِ مَقْبُولَةٌ وَ مَنْ صَلَّى مِنْكُمْ فِي هَذَا الشَّهْرِ لِلَّهِ عَزَّ وَ جَلَّ رَكْعَتَيْنِ يَتَطَوَّعُ بِهِمَا غَفَرَ اللَّهُ لَهُ
 ثُمَّ قَالَ ع إِنَّ الشَّقِيَّ حَقَّ الشَّقِيِّ مَنْ خَرَجَ عَنْهُ هَذَا الشَّهْرُ وَ لَمْ يُغْفَرْ ذُنُوبُهُ فَحِينَئِذٍ يَخْسَرُ حِينَ يَفُوزُ الْمُحْسِنُونَ بِجَوَائِزِ الرَّبِّ الْكَرِيمِ‏.
 
 
Sonra imam Rza (ə) buyurdu: “Sizin bu ayınız (Ramazan) digər aylar kimi deyil. Bu ay sizə tərəf gələndə bərəkət və rəhmətlə gəlir və sizdən ayrıldıqda, günahlarınızın bağışlanması ilə gedir. Bu ayda yaxşı əməllərin savabı artıq yazılır. Bu ayda yaxşı əməllər qəbul edilir. Hər kəs bu ayda Allaha yaxın olmaq üçün iki rükət nafilə namazı qılarsa, Allah onun günahlarını bağışlayar.”
 
İmam (ə) yenə buyurdu: “Həqiqətən, həqiqi bədbəxt o kəsdir ki, bu ay başa çata, amma günahlarını bağışlatdıra bilməyə. Belə olduqda, yaxşı əməl sahibləri kərim Rəbbin hüzurundan mükafatlarını aldığı zaman o (günahlarını bağışlatdıra bilməyən kəs), ziyan içində olacaqdır.”
 
(“Fəzailu əşhuris-səlasə” (Üç ayın fəzilətləri), “Ramazan ayının fəzilətləri” bölümü, hədis: 3/53, müəllif: Şeyx Səduq (306-381 h.q), mütərcim: Mirməhəmməd Bəşir - Maide.Az )
 

Google+ WhatsApp ok.ru