HƏDİSLƏR AYNASINDA MÜBARƏK RAMAZAN AYININ FƏZİLƏTİ-5

HƏDİSLƏR AYNASINDA MÜBARƏK RAMAZAN AYININ FƏZİLƏTİ-5

-- Bu ayda bağışlanmayanı Allah özündən qovmuşdur

 
حَدَّثَنَا أَبِي رَحِمَهُ اللَّهُ قَالَ حَدَّثَنَا سَعْدُ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ عِيسَى عَنِ الْحَسَنِ بْنِ عَلِيِّ بْنِ فَضَّالٍ عَنْ سَيْفِ بْنِ عَمِيرَةَ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ عَمَّنْ سَمِعَ أَبَا جَعْفَرٍ الْبَاقِرَ ع يَقُولُ‏ قَالَ رَسُولُ اللَّهِ ص لَمَّا حَضَرَ شَهْرُ رَمَضَانَ وَ ذَلِكَ لِثَلَاثٍ بَقِينَ مِنْ شَعْبَانَ قَالَ لِبِلَالٍ نَادِ فِي النَّاسِ فَجَمَعَ النَّاسَ ثُمَّ صَعِدَ الْمِنْبَرَ فَحَمِدَ اللَّهَ وَ أَثْنَى عَلَيْهِ ثُمَّ قَالَ  (ص): 
 
Şeyx Səduq yazır: Atam hədis etdi mənə Səd ibn Abdullahdan, o da Əhməd ibn Məhəmməd ibn İsadan, o da Həsən ibn Əli ibn Fəzzaldan, o da Seyf ibn Əmirədən, o da Übeydullah ibn Abdullahdan, o da imam Baqirdən (ə) eşidən bir nəfərdən; belə ki, Şəban ayından 3 gün qalmış və Ramazan yaxınlaşan bir zamanda həzrət Peyğəmbər (s) Bilala buyurdu ki, camaatı çağır məscidə toplaşsınlar. Camaat məscidə toplaşandan sonra Həzrət (s) minbərə çıxıb, Allaha həmd-səna edərək buyurdu: 
 
أَيُّهَا النَّاسُ إِنَّ هَذَا الشَّهْرَ قَدْ حَضَرَكُمْ وَ هُوَ سَيِّدُ الشُّهُورِ فِيهِ لَيْلَةٌ خَيْرٌ مِنْ أَلْفِ شَهْرٍ تُغْلَقُ فِيهِ أَبْوَابُ النِّيرَانِ وَ تُفَتَّحُ فِيهِ أَبْوَابُ الْجِنَانِ فَمَنْ أَدْرَكَهُ فَلَمْ يُغْفَرْ لَهُ فَأَبْعَدَهُ اللَّهُ وَ مَنْ أَدْرَكَ وَالِدَيْهِ فَلَمْ يُغْفَرْ لَهُ فَأَبْعَدَهُ اللَّهُ وَ مَنْ ذُكِرْتُ عِنْدَهُ فَصَلَّى عَلَيَّ فَلَمْ يُغْفَرْ لَهُ فَأَبْعَدَهُ اللَّهُ‏.
 
“Ey camaat! Sizə gəib yaxınlaşan bu ay ayların ağasıdır. Bu ayda bir gecə vardır ki, min aya bərabərdir. Bu ayda cəhənnəm qapıları bağlanır və cənnət qapıları açılır. Hər kəs bu aya daxil ola, amma günahları bağışlanmaya, o kəsi Allah özündən qovmuşdur. Hər kəs valideynlərini (sağ ikən) görə, amma günahları bağışlanmaya, o kəsi Allah özündən qovmuşdur. Hər kəsin yanında mənim adım çəkilə, o da mənə salavat göndərə, amma günahları bağışlanmaya, o kəsi Allah özündən qovmuşdur.” 
 
(“Fəzailu əşhuris-səlasə” (Üç ayın fəzilətləri), “Ramazan ayının fəzilətləri” bölümü, hədis: 5/55, müəllif: Şeyx Səduq (306-381 h.q), mütərcim: Mirməhəmməd Bəşir- Maide.Az)
 

Google+ WhatsApp ok.ru