HƏDİSLƏR AYNASINDA MÜBARƏK RAMAZAN AYININ FƏZİLƏTİ-7

HƏDİSLƏR AYNASINDA MÜBARƏK RAMAZAN AYININ FƏZİLƏTİ-7

-- şeytanı sizdən uzaqlaşdıran bir əməl

حَدَّثَنَا جَعْفَرُ بْنُ عَلِيِّ بْنِ الْحَسَنِ بْنِ عَلِيِّ بْنِ عَبْدِ اللَّهِ بْنِ الْمُغِيرَةِ عَنْ إِسْمَاعِيلَ بْنِ أَبِي زِيَادٍ عَنِ الصَّادِقِ جَعْفَرِ بْنِ مُحَمَّدٍ عَنْ أَبِيهِ عَنْ آبَائِهِ ع قَالَ: قَالَ رَسُولُ اللَّهِ ص لِأَصْحَابِهِ أَ لَا أُخْبِرُكُمْ بِشَيْ‏ءٍ إِنْ أَنْتُمْ فَعَلْتُمُوهُ تَبَاعَدَ الشَّيْطَانُ عَنْكُمْ كَمَا تَبَاعَدَ الْمَشْرِقُ مِنَ الْمَغْرِبِ قَالُوا بَلَى.
 
Şeyx Səduq yazır: Hədis etdi mənə Cəfər ibn Əli ibn Həsən ibn Əli ibn Müğeyrə, o da İsmail ibn Əbi Ziyaddan, o da imam Cəfər Sadiqdən (ə), o da atası və babaları vasitəsi ilə Peyğəmbərdən (s) nəql etdi ki, bir dəfə həzrət Peyğəmbər (s) əshabına buyurdu: “Sizə şeytanı sizdən məşriqin məğribdən uzaqlığı qədər uzaqlaşdıran bir əməli öyrədimmi?”
 
Səhabələr dedilər: “Bəli, ya Rəsulullah (s)!”
 
قَالَ(ص): الصَّوْمُ يُسَوِّدُ وَجْهَهُ وَ الصَّدَقَةُ تَكْسِرُ ظَهْرَهُ وَ الْحُبُّ فِي اللَّهِ وَ الْمُؤَازَرَةُ عَلَى الْعَمَلِ الصَّالِحِ يَقْطَعُ دَابِرَهُ وَ الِاسْتِغْفَارُ يَقْطَعُ وَتِينَهُ وَ لِكُلِّ شَيْ‏ءٍ زَكَاةٌ وَ زَكَاةُ الْأَبْدَانِ الصِّيَامُ‏.
 
Peyğəmbər (s) buyurdu: “Oruc şeytanın üzünü qaraldır, sədəqə onun belini sındırır, Allah yolunda dostluq və saleh əməllər üçün köməkləşmək onun (vəsvəsələrinin) kökünü kəsir, “istiğfar” (tövbə) etmək isə onun ürək damarlarını qırır. Hər bir şeyin zəkatı var, bədənin də zəkatı oruc tutmaqdır.”
(“Fəzailu əşhuris-səlasə” (Üç ayın fəzilətləri), “Ramazan ayının fəzilətləri” bölümü, hədis: 7/57, müəllif: Şeyx Səduq (306-381 h.q), mütərcim: Mirməhəmməd Bəşir- Maide.Az)
 

Google+ WhatsApp ok.ru