HƏDİSLƏR AYNASINDA MÜBARƏK RAMAZAN AYININ FƏZİLƏTİ-8

HƏDİSLƏR AYNASINDA MÜBARƏK RAMAZAN AYININ FƏZİLƏTİ-8

-- Ramazan ayında istiğfar və dua edin

 
حَدَّثَنَا أَبِي رَحِمَهُ اللَّهُ قَالَ حَدَّثَنَا عَلِيُّ بْنُ مُوسَى الْكُمَيْذَانِيُّ قَالَ حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ عِيسَى عَنْ عَلِيِّ بْنِ الْحُسَيْنِ عَنْ مُحَمَّدِ بْنِ عُبَيْدٍ عَنْ عُتْبَةَ بْنِ هَارُونَ قَالَ حَدَّثَنَا أَبُو يَزِيدَ عَنْ حُصَيْنٍ عَنِ الصَّادِقِ جَعْفَرِ بْنِ مُحَمَّدٍ عَنْ أَبِيهِ عَنْ آبَائِهِ (علیهم السلام)...
 
Şeyx Səduq yazır: Atam hədis etdi mənə Əli ibn Musa Küməyzanidən, o da Əhməd ibn Məhəmməd ibn İsa ibn Əli ibn Hüseyndən, o da Məhəmməd ibn Übeyddən, o da Ütbə ibn Harundan, o da Əbu Yəziddən, o da Hüsəyndən, o da imam Cəfər Sadiqdən (ə), imam Sadiq (ə) də ata-babaları vasitəsi ilə cəddi imam Əmirəlmöminin Əlidən (ə). 
 
قَالَ أَمِيرُ الْمُؤْمِنِينَ (ع):‏ عَلَيْكُمْ فِي شَهْرِ رَمَضَانَ بِكَثْرَةِ الِاسْتِغْفَارِ وَ الدُّعَاءِ فَأَمَّا الدُّعَاءُ فَيَدْفَعُ عَنْكُمْ بِهِ الْبَلَاءَ فَأَمَّا الِاسْتِغْفَارُ فَتُمْحَى بِهِ ذُنُوبُكُمْ‏.
 
İmam Əli (ə) buyurdu: “Ramazan ayında çox "istiğfar" (tövbə və Allahdan günahların bağışlanmasını istəmək) və dua edin. Dua etməklə bəlalar sizdən uzaqlaşdırılar və “istiğfar” etməklə günahlarınız əməl dəftərindən silinər.”
 
(“Fəzailu əşhuris-səlasə” (Üç ayın fəzilətləri), “Ramazan ayının fəzilətləri” bölümü, hədis: 9/59, müəllif: Şeyx Səduq (306-381 h.q), mütərcim: Mirməhəmməd Bəşir-Maide.Az)
 

Google+ WhatsApp ok.ru