Həzrət Musa (ə) və peyğəmbərin səhabəsi Salman Farsi serialının çəkilişlərinə başlanılıb

Həzrət Musa (ə) və peyğəmbərin səhabəsi Salman Farsi serialının çəkilişlərinə başlanılıb

-- 4-5 il ərzində çəkilməsi planlaşdırılan tarixi serial...

Radio  və Televiziya Təşkilatının dəstəyi ilə iki böyük tarixi serial  layihəsinin icrasına başlanılıb. 
 
Maide.Az “İRNA”a istinadən xəbər verir ki,  bunu İran Radio və Televiziya Təşkilatı (İRİB) rəhbəri Əli Əsgəri deyib. 
 
Ə.Əsgəri bildirib ki, seriallardan biri  Həzrət Musa (ə) və digəri İslam peyğəmbəri həzrəti Məhəmmədin (s) ən üstün səhabələrindən olan Salman Farsi haqqında çəkilir. 
 
Ə.Əsgəri qeyd edib ki, televiziya bu sahədə üzərinə ağır misya götürüb və çəkiləcək tarixi serialların öncədən çəkilən seriallar kimi dünyada rəğbət qazanacağına əminik. 
 
Qeyd edək ki,  rejissor Camal Şurcənin prodüsseri olduğu “Həzrət Musa (ə)” kinoserialda məşhur iranlı aktyor Mustafa Zamaninin serialda baş rollardan birini oynayacağı qeyd edilir. 
 
İranlı ssenarist və rejissor Camal Şurcə yerli mediaya verdiyi açıqlamasında, filmin çəkilişləri üçün Tehrandakı Qazali kino şəhərinin istifadə ediləcəyini söyləyib.
 
Əvvəllər də Həzrət Yusif (ə), Həzrəti Məryəm (s.ə) və İmam Əli (ə) kimi, İslam tarixi mövzusunda bir çox İran serialı bu kino şəhərində çəkilmişdi.
 
İran KİV-lərinin məlumatına görə, İran istehsalı olan “Həzrət Musa (ə)” kinoserialının çəkiliş prosesinin 4 il çəkiləcəyi bildirilir.  
Layihə çərçivəsində eyni zamanda Həzrət Musa  (ə) haqqında həm bir sinema filmi çəkiləcək və 72 seriadan ibarət serial. Serial və filmdəki aktyorlar və ssenari isə fərqli olacaq.
 
Xatırladaq ki, peyğəmbərin səhabəsi Salman Farsinin həyatından bəhs edən yeni serialı isə "Muxtarnamə"nin müəllifi olan Davud Mirbaqiri çəkir. 
 
İranlı kinorejissor yerli mediaya açıqlamasında bildirib ki, 5 il ərzində çəkilməsi planlaşdırılan tarixi filmdə Salman Farsinin həyatının 3 hissəsindən bəhs olunacaq.
 
Birinci hissə peyğəmbər səhabəsinin Fars imperiyası, ikinci hissədə isə Bizans imperiyası zamanı başına gələn əhvalatlarından bəhs edəcək. Üçüncü hissə isə Salman Farsinin Məkkə və Mədinədə Həzrəti Məhəmmədlə (s) birgə dövrünü əhatə edəcək.

Google+ WhatsApp ok.ru