HƏMAS rəsmisi: `Fəth` siyasi ab-havanı zəhərləməyə çalışır

HƏMAS rəsmisi: `Fəth` siyasi ab-havanı zəhərləməyə çalışır

HƏMAS hərəkatı öz rəqibi Fələstinin "Fəth" iqtidarını iki hərəkatı yaxınlaşdırmaqla bağlı Misirin vasitəçilik cəhdlərinə qarşı fəaliyyət göstərməkdə ittiham edib.
 
Maide.Az "Felestin.info"-a istinadən xəbər verir ki, bununla bağlı etirazını HƏMAS-ın sözçüsü Sami Əbu Zuhri öz "Twitter" səhifəsində yazıb.
 
Əbu Zuhri bunları yazıb: "Fəth sistematik olaraq mənim partiyama qarşı mövcud ab-havanı zəhərləyəcək addımlar atır, Misirin vasitəçilik səylərini pozmağa çalışır".
 
HƏMAS nümayəndəsi "Fəth" hərəkatını neqativ əməllərə son qoymağa, 2006-cı il seçkilərində uduzduğunu və hazırda sıravi Fələstin fraksiyalarından biri olması reallığını unutmamağa çağırıb. O, həmçinin rəqib partiyanı Prezident Mahmud Abbasın səlahiyyət müddəti bitdiyi üçün legitimliyini itirdiyini dərk etməyə, hazırda legitimliyin yeganə yolunun ümumxalq seçkilərinin və ümummilli rəy birliyinin olduğunu başa düşməyə çağırıb.
 

Google+ WhatsApp ok.ru